Tramp İrana təşəkkür etdi
17 Aprel 17:29
17 Aprel 17:29
17 Aprel 11:20
19 May 2022 19:40
4 508
İtaliyada "meymun çiçəyi" xəstəliyinə ilk yoluxma faktı aşkar edilib.
Bu barədə ölkənin İnfeksion Xəstəliklər Milli İnstitutu bildirib.
Qeyd olunur ki, virus bir müddət əvvəl Kanar adalarından səfərdən qayıtmış şəxsdə aşkarlanıb.
Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir. Bundan başqa, daha iki nəfərdə "meymun çiçəyi"nə yoluxma şübhəsi araşdırılır.
Qeyd edək ki, son həftələrdə "meymun çiçəyi" virusu Avropanın bir neçə ölkəsində qeydə alınıb. İspaniya və Portuqaliyada ümumilikdə 40-dan çox şəxs bu virusa yoluxub. Bundan başqa, yoluxmalar Böyük Britaniya və ABŞ-da da müəyyən edilib.
"Meymun çiçəyi" qızdırma və səpkilərlə müşayiət olunan nadir infeksion xəstəlikdir.
11:28
588
11:21
630
17 Aprel 19:39
1 435