"Tramp Pezeşkianla məsələni çözə bilər" Dünya

"Tramp Pezeşkianla məsələni çözə bilər"

"Tramp düz deyir, İranda vahid rəhbərlik institutu yoxdur, prezidentin adı var, amma brç bir səlahiyyət, söz sahibi deyil, Ali dini liderin ölkədə olmadığı deyilir, SEPAH Komandanlığı da bir tərəfdən ölkədə söz sahiblərindən birinə çevrilib. Ona görə də Tramp kiminlə birbaşa danışacağını bilmir".

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla müzakirələr apardığı şəxslərin kimliyi ilə bağlı qeyri-müəyyənlik yaşadığını bildirib.

Amerika lideri bu barədə Arizona ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.

"Onların birinci səviyyəli rəhbərləri məhv edildi, sonra ikinci səviyyəli rəhbərlər seçdilər. İkinci səviyyəli rəhbərləri də məhv edildi və bu dəfə üçüncü səviyyəli şəxsləri seçdilər. Onların yarısı artıq yoxdur. Onlar məndən daha heç kimi aradan götürməyəcəyimə söz verməyimi tələb etdilər və mən sözümə əməl etdim. Bəlkə də, bir qədər həddi aşmışam. Təəssüf edirəm, çünki artıq danışıqlarda kiminlə üz-üzə olduğumuzu başa düşmürəm", – Tramp bildirib.

F.Kərimov deyib ki, ən yaxşı halda Tramp Pezeşkianla məsələni çözə bilər. Çünki, o biri rəhbərləri İranın gələcək taleyi maraqlandırmır.

Cavid