Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50

Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq üçün sərgilədiyi mövqe onun iqtisadi durumuna birmənalı təsir göstərməyəcək, burada perspektivdə bu qərarın dövlətin sxem iqtisadi vəziyyətində doğuracağı ikili standartlardan danışmaq olar. Avropa İttifaqı Ermənistan iqtidarına dəstək olmaq adı ilə bu ilin oktyabrından bu ölkədən Avropa bazarlarına ixrac ediləcək məhsulların 80%-nə ticari imtiyazların tətbiq olunacağını bildirib (Ermənistandan ixrac ediləcək alkoqollu və diğər içkilər, kənd təsərrufatı məhsulları - meyvə, tərəvəz və s). Burada məqsəd Ermənistanın Rusiya bazarlarından asılılığını məhdudlaşdırmaq,onun istehsalçılarını Avropa bazarları ilə münasibətlərə sövq etmək istəyidir.
Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib.
"Aİ-yə intqrasiya Ermənistana gələcəkdə Birliyin enerji, loqistika, təhsil və diğər proyeləri ilə bagölı müzakirələrdə iştirak etmək, bəlli layihələrə qoşulmaq imkanları yaradır.
Lakin, nəzərə almaq lazımdır ki, Aİ-nin Ermənistandan ixrac ediləcək məhsullara güzəştli tariflərlə bağlı qərarı müvəqqəti xarakter (2 il) daşıyır və bu bu müddətin bitməsindən sonra Ermənistan iqtisadiiyyatını ciddi risklər gözləyir.
Məsələ burasındadir ki, Ermənistanın xarici ticari dövriyyəsində Avraziya İqtisadi İttifaqının payı 37,5%-dir, təxminən 3,2 milyard dollar, Rusiya isə dəfələrlə vurğulayıb ki, Ermənistan gələcəkdə hansı tərəflə (AB, yoxsa Aİİ) əməkdaşlığı davam etdirəcəyi ilə bağlı birmənalı qərar qəbul etməlidir" - o, vurğulayıb.
Manafovun fikrincə, Rusiya bu gün Ukraynanın tərəfində ona qarşı duran AB ilə Ermənistanın münasibətlərinə heç nə olmamış kimi yanaşa bilmir.
Ermənistan isə AB-yə inteqrasiya ilə bağlı qərarında israrlı olsa Paşinyan iqtidarı nəzərə almalıdır ki, 2026-2031- ci illər üçün ölkənin UDM-nin həcmi 14% azala bilər, Rusiyanın Ermənistandan ixrac edilən yüngül sənaye və kənd təsərrufatı məhsullarına embarqo təyin edəcəyi təqdirdə isə bu ölkənin fermerlərinə milyonlarla dollar ziyan dəyəcək, əmək məhsuldarlığı aşağı düşəcək, iş yerləri, habelə büdcəyə daxil olan gəlirlər azalacaq:
"Bundan əlavə Ermənistanın enerji təhlükəsizliyində Rusiya faktorunun rolu böyükdür, istehlak edilən qazın 87% Rusiyadan daxil olur, Rusiya öz qazını Ermənistana Aİİ-də müttəfiqi olan dövlət kimi Avropa və dünya bazarları ilə müqayisədə çox aşağı tariflərlə satır, rəsmi İrəvan Aİ ilə bağlı qərarında israrlı olsa Rusiyadan daxil olan qazın qiymətlərinin təxminən 2 dəfə artacağı ehtimal olunur, bu isə Ermənistan vətəndaşlarının ümumi sosial rifahına, dövlətin iqtisadi durumuna təsirsiz ötuşməyəcək.
Nəhayət, Aİ-yə inteqrasiya İttifaqın üzvi olan 27 dövlətin yekdil qərarını vacib edir, bu isə ciddi siyasi riskdir, çunki Ermənistan islahatlarla bağlı Aİ-nin ona ünvanlanmış tələblərini nöqsansız olaraq yerinə yetirməlidir, rəsmi Brüssel isə Avropa bazarlarını "artıq yukdən" qorumaq adı ilə 2 il bitdikdən sonra Paşinyan iqtidarına verdiyi vədlərdən geri çəkilə bilər, nəticədə Paşinyanın ermənilərə vəd etdiyi "iqtisadi möcuzə" ilğım kollapsından başqa bir şey olmayacaq".
Cavid