"Tramp Putinin müttəfiqinə çevrilib" Dünya

"Tramp Putinin müttəfiqinə çevrilib"

Kiyevdə yenə partlayışlar baş verir - özü də dünənki kimi, təxminən eyni vaxtda və heç bir hava həyəcan siqnalı verilmədən. Adam düşünməyə bilmir ki, görəsən, son bir neçə gündə nə baş verir: "katsaplar" aşkar edilməsi çətin olan S-400 raketlərini atıblar, yoxsa bu, Putin ilə Tramp arasında bağlanmış hansısa gizli sövdələşmədir? Hər halda, Tramp Putinin müttəfiqinə çevrilib — daha doğrusu, rus "çekistləri" həm Trampın, həm də onun ətrafındakı axmaqların beynini tamamilə dumanlandırıblar; üstəlik, onları sadəcə pulla ələ də almış ola bilərlər.

Xalqcebhesi.az xəbər verir ki, bunu İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday deyib.

"Nəticə etibarilə, "Raşka" bu zərbələrdən heç nə qazanmayacaq. Bu, sadəcə "Raşka"nın Ukraynanı məhv etmək kimi çarəsiz ümidlə atdığı növbəti mənasız və cəfəng addımdır. Konqres seçkilərinə — və deməli, həmin qırmızısaçlının məğlubiyyətinə — cəmi iki həftə qalıb. Ümid edək ki, belə də olacaq" - o, vurğulayıb.

Cavid