Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50
14 Oktyabr 23:50
14 Oktyabr 23:37
08:46
448
Oktyabrın 14-də ABŞ və Asiya-Sakit okean regionunda əsas indekslər ucuzlaşıb, Avropada isə yüksəliş müşahidə olunub. Ən böyük itki Yaponiya fond bazarında qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 48,62 bənd və ya 0,09% azalaraq 51 621,48 bəndə, “S&P 500” indeksi 86,51 bənd və ya 1,11% geriləyərək 7 718,94 bəndə düşüb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi 511,51 bənd və ya 1,88% azalaraq 26 692,87 bənd olub. “NYSE Composite” indeksi 0,50% geriləyərək 23 865,42 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,11% azalaraq 35 584,46 bənd təşkil edib.
Avropa fond bazarlarında bütün əsas indekslər yüksəlib. “Euro Stoxx 50” indeksi 0,38% artaraq 6 190,37 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,70% yüksələrək 10 724,86 bəndə çatıb. Almaniyanın “DAX” indeksi 0,15% artaraq 25 298,61 bənd, Fransanın “CAC 40” indeksi 0,58% yüksələrək 7 873,11 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 0,10% artaraq 19 230,70 bənd olub.
Asiya-Sakit okean regionunda isə bütün əsas indekslər geriləyib. Yaponiyanın “Nikkei 225” indeksi 3 571,58 bənd və ya 5,27% azalaraq 64 172,71 bəndə düşüb. Ölkənin “TOPIX” indeksi 112,42 bənd və ya 2,74% geriləyərək 3 984,36 bənd təşkil edib.
Honq-Konqun “Hang Seng” indeksi 1,26% azalaraq 24 007,11 bəndə, Çinin “CSI 300” indeksi 2% geriləyərək 4 133,46 bəndə enib. Avstraliyanın “S&P/ASX 200” indeksi 0,16% azalaraq 8 714,20 bənd, regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 0,21% geriləyərək 269,01 bənd olub.
Bazarlardakı fərqli dinamikanın əsas səbəbi ABŞ-da inflyasiyanın gözləniləndən yüksək olması və süni intellekt sektorunda satışların güclənməsi olub. Sentyabrda ABŞ-da illik inflyasiya 3,7%-ə yüksələrək 3,6%-lik proqnozu üstələyib. Bu, Federal Ehtiyat Sisteminin (FED) oktyabrda faiz dərəcəsini yenidən artıracağı ehtimalını gücləndirib. Nəticədə borclanma xərclərinə həssas olan texnologiya şirkətlərinin, xüsusilə süni intellekt sahəsində fəaliyyət göstərən müəssisələrin səhmləri ucuzlaşıb.
Avropada isə texnologiya şirkətlərinin, o cümlədən süni intellekt infrastrukturu ilə əlaqəli müəssisələrin səhmlərinə tələbin artması indeksləri dəstəkləyib. Asiya bazarlarında yüksək neft qiymətləri, texnologiya sektorunun gəlirliliyi ilə bağlı narahatlıqlar və ABŞ-ın inflyasiya məlumatları ərəfəsində ehtiyatlılıq əsas təzyiq amilləri olub.
08:45
476
14 Oktyabr 23:45
707
14 Oktyabr 12:20
910