

15 Sentyabr 16:44
15 Sentyabr 15:48
15 Sentyabr 13:28
İsveçrənin hava məkanı texniki nasazlıq səbəbi ilə bağlanıb.
Trend-in məlumatına görə, bu barədə "Skyguide" aeronaviqasiya xidməti bildirib.
Qeyd olunur ki, uçuşlara nəzarət sistemində səbəbi məlum olmayan nasazlıq baş verib. Bununla əlaqədar Cenevrə və Sürix hava limanlarında bütün uçuşlar dayandırılıb.
Hava məkanının nə zaman açılacağı barədə hələlik məlumat verilməyib.