Ukraynalı dostlarımızla həmrəylik  - Zurabişvili Dünya

Ukraynalı dostlarımızla həmrəylik  - Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili Ukrayna xalqına müraciət edərək Kremençuka atılmış raket zərbəsinə münasibət bildirib.

Gürcüstan mətbuatı xəbər verir ki, prezident bu barədə Vatikanda Gürcüstanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş tədbirdə danışıb və qeyd edib ki, azadlıq və müstəqillik həmişə qalib gələcək.

“Mən (Vatikandan) ukraynalı dostlarımıza müraciət etmək və tam həmrəy olduğumuzu bir daha ifadə etmək istərdim. Demək istəyirəm ki, bizim dünənki sevincimiz, xoşbəxtliyimiz azadlığın və müstəqilliyin həmişə qalib gələcəyinə dərin ümidlə bağlıdır!”, - deyə Prezident bildirib.
Cavid