“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
9 Fevral 2023 14:25
2 149
"Qonşularımıza kömək etmək bizim borcumuzdur".
APA xəbər verir ki, bunu Brüsseldə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Yunanıstan Türkiyəyə xilasedicilər göndərən ilk ölkələr arasında olub.
"Onlar orada insanların həyatını xilas edir, biz ikinci heyəti də göndərdik. İndi isə 5 təyyarə humanitar yardım yollayırıq. Qonşularımıza kömək etmək bizim borcumuzdur. İndi bütün siyasi fikir ayrılıqlarını bir kənara qoymaq və dostluq əlini bu qorxunc fəlakətdən əziyyət çəkmiş türk, Suriya xalqlarına uzatmaq vaxtıdır.
Türkiyə və Yunanıstan münasibətlərinə gəlincə, mən azyaşlı türk qızını xilas etmək üçün türk və yunan xilasedicilərinin birgə işindən daha güclü mesaj təsəvvür etmirəm.
Mən hər zaman demişəm ki, biz dost xalqlarıq", -Yunanıstan Baş naziri vurğulayıb.
12 Dekabr 23:14
1 925
12 Dekabr 22:22
1 764
12 Dekabr 21:15
2 044