KİV: SEPAH gəmiləri 2 min km mənzilli raketlərlə təchiz edilib Dünya

KİV: SEPAH gəmiləri 2 min km mənzilli raketlərlə təchiz edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinə (HHQ) məxsus gəmilər 2 min km mənzilli qanadlı raketlər əldə edib.

APA xəbər verir ki, bu barədə SEPAH HDQ komandanı general Əlirza Təngsiri açıqlama verib.

Qeyd olunub ki, bu raketlər “Şəhid Süleymani” helikopter gəmisində yerləşdirilib:

“SEPAH tarixdə ilk dəfə olaraq, öz hərbi gəmilərini yerli istehsal olan 2000 km mənzilli qanadlı raketlərlə təchiz edib”.