

6 Fevral 17:09
6 Fevral 16:02
Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlanılıb.
"Xalq Cəbhəsi" “İmedi” telekanalına istinadən xəbər verir ki, impiçment proseduruna bazar ertəsi parlament çoxluğunun iclasında başlanılıb. Buna səbəb Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərləri olub.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, 50 deputatın imzası ilə sənəd hazırlanacaq.
Onun sözlərinə görə, imzalar toplandıqdan sonra deputatlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.
Xatırladaq ki, proseduru hakim "Gürcü Arzusu" partiyası başlayıb
Cavid