5 Mart 2024 08:49
2 793
Donald Tramp ABŞ prezidentliyinə qayıdarsa, Ukraynaya hərbi dəstəyi artıra bilər və bu məsələdə Co Baydenin indiki administrasiyasından qat-qat fəal mövqe tutacaq.
Bu proqnozu TASS-ın müxbirinə müsahibəsində Yaponiyanın hərbi məsələlər üzrə aparıcı ekspertlərindən biri, Tokio Universitetinin Qabaqcıl Elmi və Texnoloji Tədqiqatlar Mərkəzinin iqtisadi təhlükəsizlik məsələlərinin öyrənilməsi proqramının direktor müavini Daisuke Kavai verib.
O qeyd edib ki, prezident Co Baydenin administrasiyası təmkinli mövqe tutur, NATO vasitəsilə Ukraynada eskalasiya səviyyəsini artırmaq istəmir, NATO ilə Rusiya arasında toqquşma istəmir. Lakin Tramp bu siyasəti dəyişə bilər. Seçki kampaniyası zamanı o, seçiləcəyi təqdirdə ABŞ-ın Ukraynaya hərbi dəstəkdən çıxa biləcəyindən danışıb, amma reallıqda bunun baş verməsi ehtimalı azdır.
"Əksinə, mənim fikrimcə, Trampın rəhbərliyi altında Ukraynaya daha yüksək səviyyəli hərbi yardım, o cümlədən "oyunu dəyişdirici" ola biləcək və hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək silahlar veriləcək".
Cavid .