Ruhani dünya ölkələrini birliyə çağırdı Dünya

Ruhani dünya ölkələrini birliyə çağırdı

İran prezidenti Həsən Ruhani Tehranda törədilən terror aktları ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.
İran Prezidentinin Administrasiyasından verilən məlumata görə, H.Ruhani dünya dövlətlərini beynəlxalq terrorizmə qarşı birləşməyə çağırıb.
O bildirib ki, terror təkcə İranın deyil, bütün dünyanın problemidir. Qlobal xarakter daşıyan bu problemin tamamilə aradan qaldırılması üçün dünya dövlətləri mütləq birləşməlidirlər. Heç bir dövlət beynəlxalq terrorizmlə mübarizədə təkbaşına qalib gələ bilməz.
Xamenei daha sonra deyib ki, İran xalqı terrorçulara, düşmənlərə qarşı daha da mübariz olaraq iradəsinin sarsılmasına imkan verməyəcək: "İran dövlətini öz yolundan döndərməyə çalışanlar bilsinlər ki, xalqın iradəsinı qıra bilməzlər. Biz öz yolumuzu davam etdirəcəyik. İran xalqı inqilab edərək azadlıq qazanıb. İnqilabdan sonra İran dəfələrlə belə sınaqlara çəkilib və bütün sınaqlardan alnıaçıq çıxaraq yoluna davam edib". Seyid Əli Xamenei terrora dəstək verənlərin layiqli cəzalarını alacağını nəzərə çatdırıb.
Xatırladaq ki, iyunun 7-də səhər saatlarında İran parlamentində və İslam İnqilabının banisi İmam Xomeyninin mavzoleyində törədilən terror aksiyaları nəticəsində 13 nəfər həlak olub.