Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçiriləcək
Azərbaycan və BƏƏ arasında Hərtəfəli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin iclası olub
Kreml: ABŞ Cenevrədə Kiyevlə razılaşdırılmış planın parametrlərini Rusiyaya göndərib
Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqlənib
Gömrük rəsmisi: Hər gün 20-25 min bağlama nəzarətdən keçirilir
22 May 07:59
1 736
Ukrayna xalqı Rusiya Federasiyası ilə memorandumu imzalamaq üçün yeni rəhbərlik seçməlidir; parlamentin başçısı qanuni olaraq imza atıcı roluna uyğun olmaya bilər.
Rusiya Xarici İşlər Nazirliyinin hüquq departamentinin direktoru Maksim Musixin TASS-a mümkün sənədin icrası ilə bağlı vəziyyəti belə şərh edib.
"Əhəmiyyətli olan sənədlərdə kimin imzasının olmasıdır. Çünki onların indiki "lideri" xaricini demirəm, hətta daxili legitimliyini çoxdan itirib. Müvafiq olaraq, belə bir şəxsin imzaladığı hər hansı müqavilənin etibarlılığı ilə bağlı problemlər yarana bilər", - o deyib.
Diplomatın sözlərinə görə, tam əmin olmaq lazımdır ki, nizamlanmaya dair sazişi Ukrayna tərəfində “xalqın mandatı olan şəxs” imzalayır”, “əks halda problemlər yaranacaq”.
Musixin vurğulayıb ki, Vladimir Zelenski imzaçı roluna uyğun deyil. "Ukrayna xalqı öz yeni liderini sərbəst seçməlidir", - o, davam edib. “O zaman qanuni imzalayan olacaq.
İndi isə söhbət Ukrayna konstitusiyasının bəzi daxili tələblərindən gedir. Formal olaraq baxsanız, parlament rəhbərinin imzalamaq üçün müəyyən səlahiyyətləri var. Onun öz ölkəsində bunu etməyə icazə verilib-verilməyəcəyi böyük sualdır”.
Cavid