

30 May 10:16
Xüsusi hərbi əməliyyat zonasında ilk Amerika F-16 qırıcısının məhv edilməsində iştirak edən 12 rusiyalı hərbçi 15 milyon rubl alıb.
Bu barədə TASS-a “Fores” şirkəti məlumat verib.
“Fores” şirkəti əvvəlcədən elan edilmiş öhdəliyi yerinə yetirərək, xüsusi hərbi əməliyyat zonasında ilk F-16 qırıcısının məhv edilməsi üçün Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçilərinə 15 milyon rubl köçürüb. Mükafatlandırma mərasimi 29 may 2025-ci il tarixində sərhəd bölgəsində komandanlığın iştirakı ilə baş tutub.
Nağd pul sertifikatları hədəfin məhv edilməsində iştirak edən 12 hərbi qulluqçu tərəfindən alınıb”, - şirkətdən bildirilib.
Cavid