İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
17 İyul 2025 08:31
1 855
Belçikanın Antverpen əyalətinin Boom qəsəbəsində cümə günü başlaması planlaşdırılan “Tomorrowland” musiqi festivalı yanğın qorxusu ilə üzləşib.
Festivalın əsas səhnəsi yanğın nəticəsində külə dönüb. Festival təşkilatçıları “Festivalın əsas səhnəsi yanğın nəticəsində ciddi ziyan görüb. Lakin hadisə zamanı heç kim xəsarət almayıb” deyə bildirib.
Açıqlamada festivalın "DreamVille" düşərgəsinin planlaşdırıldığı kimi cümə axşamı açılacağı qeyd edilib və təşkilatçıların festivalın rahat keçməsini təmin etmək üçün həll yollarına diqqət yetirdikləri vurğulanıb.
Yanğın zamanı festival yerində heç bir tamaşaçı olmadığı və hazırlıqlarda iştirak edən təxminən 1000 əməkdaşın təhlükəsiz şəkildə təxliyə edildiyi açıqlayıb.
Qeyd edək ki, yanğının səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.