19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
09:18
560
İndoneziyada Mərkəzi Yava əyalətində sərnişin avtobusunun aşması nəticəsində ən azı 16 nəfər ölüb.
Xalqcebhesi.az xəbər verir ki, rəsmilərin məlumatına görə, paytaxt Cakartadan Yoqyakartaya gedən avtobus gecə yarısı radələrində Mərkəzi Yava əyalətinin Semarang şəhərindəki Krapyak ödəniş məntəqələrinin yaxınlığındakı beton maneəyə çırpılıb və aşıb.
Axtarış-xilasetmə rəsmisi Budiono bildirib ki, 34 sərnişin daşıyan şəhərlərarası avtobus dolama yolda aşıb və bəzi sərnişinlər avtobusun gövdəsi ilə maneə arasında qalıb.
Budiono bildirib ki, polis və xilasetmə qrupları qəzadan təxminən 40 dəqiqə sonra hadisə yerinə gəlib və 6 sərnişin hadisə yerində, 10 nəfər isə xəstəxanaya aparılarkən və ya müalicə zamanı ölüb.
Budiono qəzada yaralanan 18 nəfərin yaxınlıqdakı iki xəstəxanada müalicə aldığını bildirib və onlardan beşinin vəziyyətinin ağır olduğunu əlavə edib.
Məryəm Quliyeva