Filippin Senatında atışma baş verib Dünya

Filippin Senatında atışma baş verib

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) barəsində həbs qərarı çıxardığı senator Ronald de la Rosa-nın sığındığı Filippin Senatında atəş səsləri eşidilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABS-CBN News telekanalı məlumat yayıb.

Telekanal tərəfindən yayımlanan və Senat binasında çəkilmiş videogörüntülərdə çoxsaylı atəş səsləri eşidilməkdədir.

Filippinli senator Ronald de la Rosa çərşənbə günü ictimaiyyətə müraciət edərək, BCM-nin orderi əsasında onun saxlanılmasına imkan verməməyə çağırıb. O, video müraciətini Facebook sosial şəbəkəsində paylaşıb. Qeyd edək ki, daha əvvəl Senat binasına hərbi qulluqçular, polis əməkdaşları və Milli İstintaq Bürosunun nümayəndələri gəliblər.

Məryəm Quliyeva