Hindistan dənizçilərinin olduğu "MT Jalveer" gəmisi hücuma məruz qalıb​​​​​​​ Dünya

Hindistan dənizçilərinin olduğu "MT Jalveer" gəmisi hücuma məruz qalıb​​​​​​​

Oman sahillərində göyərtəsində hindistanlı dənizçilərin olduğu "MT Jalveer" kommersiya gəmisinə hücum edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistanın "Times Now" telekanalı məlumat yayıb.

Xəsarət alanlar və ya gəmiyə dəyən ziyan barədə hələlik məlumat yoxdur, rəsmi qurumlar hadisələrin gedişatını izləyir.

"Bu gün Omanın Şinas limanı yaxınlığında gəminin iştirakı ilə baş vermiş insidentdən xəbərdarıq. Vəziyyəti diqqətlə izləyir və əlavə məlumat almaq üçün yerli hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə saxlayırıq", - deyə Hindistanın Omandakı səfirliyindən bildirilib.

Bu, Hörmüz boğazı bölgəsində hücuma məruz qalan artıq üçüncü gəmidir. Son bir neçə gün ərzində Oman sahillərində göyərtəsində Hindistan vətəndaşları olan daha iki tanker hücuma məruz qalıb.

Məryəm Quliyeva