Kanada Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyini bildirib​​​​​​​ Gündəm

Kanada Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyini bildirib​​​​​​​

Kanada hakimiyyəti, Rusiya Federasiyasının xəbərdarlıqlarına və Kiyev üçün PUA (pilotsuz uçuş aparatı) istehsal edən müəssisələrin ünvanlarının ifşa olunması ehtimalına baxmayaraq, Ukraynaya hərbi yardım göstərməyə davam edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Şimali Amerika ölkəsinin milli müdafiə naziri Devid Makginti bildirib.

O, Kiyev rejimi ilə əməkdaşlığı "ehtiyacı olan ölkəyə yardım göstərilməsi" adlandırıb və Kanadanın "bundan sonra da ukraynalı həmkarlarına dəstək verəcəyini" bəyan edib.

Məryəm Quliyeva