Azərbaycan və İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi razılaşdırılıb
Paşinyan Ermənistanın KTMT-dən çıxarılması məsələsinə münasibət bildirib
BMTM-də Cənubi Qafqazda yeni geosiyasi reallıqlar mövzusunda tədbir keçirilib - FOTO
bp: Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsində insan kapitalı əsas rol oynayacaq
12:13
1 029
Litvanın Seymi (parlamenti) Baltikyanı respublikanın hərbçilərini və Müdafiə Nazirliyinin mülki mütəxəssislərini Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə beynəlxalq koalisiyanın tərkibinə göndərmək barədə qərar qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, plenar iclasda 77 deputat bu qərarın lehinə səs verib, 11 siyasətçi əleyhinə olub, 6 qanunverici isə bitərəf qalıb.
Litvanın Dövlət Müdafiə Şurası prezident Gitanas Nausedanın sədrliyi ilə mayın 11-də Hörmüz boğazındakı missiyaya 40 hərbçi və Müdafiə Nazirliyinin mülki mütəxəssisinin göndərilməsi barədə qərar qəbul etmişdi. Bununla belə, dövlət başçısı bəyan etmişdi ki, Vilnüs öz kontingentini yalnız ABŞ və İran arasında sülh bərqərar olduqdan sonra göndərəcək. Hərbçilərin xaricə göndərilməsi isə Seymin səlahiyyətinə daxildir.
Ordu komandanı general Raymundas Vaykşnoras bildirib ki, Litva qərargah zabitləri və minalardan təmizləmə üzrə mütəxəssislər ezam etməyi planlaşdırır.
Məryəm Quliyeva