14:41
364
ABŞ və İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətindəki səylər davam edir və inkişaf mərhələdədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib.
"Təsdiq edə bilərik ki, diplomatik həllə can atan münaqişənin bütün tərəfləri ilə səylər davam etdirilir. Hazırda bu səylər kifayət qədər irəliləmiş mərhələdədir və biz bütün iştirakçılarla bu istiqamətdə işləyirik", — deyə o, danışıqların gedişi ilə bağlı Vaşinqton və Tehranın ziddiyyətli bəyanatları barədə mətbuat konfransında verilən suala cavab verərkən bildirib. Diplomat təmasların bir dəqiqə belə kəsilmədiyini vurğulayıb: "Təsdiq edə bilərəm ki, səylər elə indi də davam edir", — deyə əl-Ənsari əlavə edib.
Qətər XİN nümayəndəsi ABŞ və İran arasında nizamlanma üzrə danışıqlarda əhəmiyyətli irəliləyişin olduğunu bildirib. O iddia edir ki, ABŞ və İran vasitəçilər vasitəsilə saziş layihələrini mübadilə edirlər. Qətər XİN nümayəndəsi hazırda ABŞ və İran arasında birbaşa danışıqların keçirilməsi planlarının olmadığını bildirib. O qeyd edib ki, ABŞ və İran arasındakı vasitəçilərin səyləri Hörmüz boğazının açılmasına və eskalasiyanın qarşısının alınmasına yönəlib.
Məryəm Quliyeva