10:21
658
Fransanın Daxili İşlər naziri Loran Nunyes respublikada baş verən etirazlar fonunda istefa ərizəsini təqdim edib, lakin Fransa Prezidenti Emmanuel Makron bu istefanı qəbul etməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Telekanalın qeyd etdiyinə görə, eyni zamanda dövlət başçısı oktyabrın 17-də zorakılıq dalğasının kəskinləşməsinə gətirib çıxaran "proqnozlaşdırma və kəşfiyyat sahəsindəki nöqsanlara" diqqət çəkib. Məlumata əsasən, Makron Nunyesə ""ictimai asayişi pozan şəxslərlə mübarizə aparmaq məqsədilə daxili təhlükəsizlik qüvvələri üçün yeni əməliyyat üsullarını ən qısa zamanda tətbiq etməyi" tapşırıb.
Məryəm Quliyeva