ABŞ Konqresində respublikaçıların yeni liderləri bəlli olub Dünya

ABŞ Konqresində respublikaçıların yeni liderləri bəlli olub

ABŞ Konqresinin yeni çağırışında Con Tyun Senatda respublikaçıların lideri olaraq qalacaq, Nümayəndələr Palatasındakı azlıq fraksiyasına isə Cim Cordan rəhbərlik edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

"The Hill" nəşrinin məlumatına görə, Tyun fraksiya daxilindəki mühafizəkar tənqidçilərlə kəskin mübarizədən sonra öz vəzifəsinə yenidən seçilib. Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin sədri Cim Cordan isə gizli səsvermə zamanı 106–73 hesabı ilə respublikaçıların hazırkı lideri Stiv Skalizi üstələyərək aşağı palatada respublikaçı azlığın rəhbəri postunu qazanıb.

"Politico" qeyd edir ki, bu, Cordan üçün fraksiyaya rəhbərlik etmək yolunda üçüncü cəhd olub. Nümayəndələr Palatasının səlahiyyət müddəti başa çatan spikeri Mayk Conson həmkarını təbrik edərək onu "döyüşçü" və "etimada layiq lider" adlandırıb.

Noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilib və onların nəticələrinə əsasən respublikaçılar hər iki palataya nəzarəti itiriblər. Yeni çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Noyabrın 9-da isə "lame duck" (səlahiyyət müddəti başa çatmaqda olan) sessiyası - məğlub olmuş partiyanın səlahiyyətləri təhvil verənədək son həftələrini başa vurduğu dövr başlayıb.

Məryəm Quliyeva