Polşa Milli Bankı Konstitusiya Məhkəməsinin bütün pul köçürmələrini bloklayıb Gündəm

Polşa Milli Bankı Konstitusiya Məhkəməsinin bütün pul köçürmələrini bloklayıb

Polşa Milli Bankı Konstitusiya Məhkəməsinin (KM) bütün pul köçürmələrini bloklayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Mərkəzi bankın bəyanatında qeyd olunur ki, qurum "KM rəhbərliyi ilə bağlı mübahisəni həll etmək səlahiyyətinə malik orqan deyil". "Ödəniş tapşırıqları kim tərəfindən verilməsindən asılı olmayaraq icra edilmir", – deyə Milli Bankın rəsmi nümayəndəsi Matsey Antes agentliyə bildirib.

Daha əvvəl Polşa Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən, lakin vəzifəsindən kənarlaşdırılmış Boqdan Svençkovski respublikanın Milli Bankının rəhbəri Adam Qlapinskiyə məktub göndərərək KM-nin hesablarının bloklanmasını tələb etmişdi.

Məryəm Quliyeva