Səudiyyəli milyarder şahzadə Məhəmmədi dəstəklədi Dünya

Səudiyyəli milyarder şahzadə Məhəmmədi dəstəklədi

Jurnalistin ölümündə onun günahı yoxdur

"İstintaqın sona çatması zaman aparacaq, ancaq Ər-Riyad onun ilkin nəticələrini mətbuata yaymalıdır". Ümid edirəm ki, jurnalist Cemal Kaşıkçının cinayətilə ilə bağlı Səudiyyə rəhbərliyinin apardığı istintaq işi tezliklə sona çatacaq və şahzadə Məhəmməd bin Salmanının günahsız olduğu bütün dünyaya bəyan ediləcək". Ukrayna mediası xəbər verir ki, bu fikirləri səudiyyəli milyarder, şahzadə Al-Valid bin Tələl "Fox news" telekanalına verdiyi müsahibəsi zamanı deyib.
"İstintaqın sona çatması zaman aparacaq, ancaq Ər-Riyad onun ilkin nəticələrini mətbuata yaymalıdır. Mən əminliklə deyə bilərəm ki, şahzadə Məhəmməd haqda deyilənlər sübuta yetirilməyəcək və günahsızlığı bəlli olacaq". 63 yaşlı milyarder Tələl belə deyib. Xatırladaq ki, şahzadə Tələl ötən il bir çox iş adamları və Kral ailəsinin bəzi üzvləri ilə birgə Ər-Riyadda korrupsiya ittihamı ilə saxlanılmış və yalnız 3 aydan sonra azadlığa buraxılmışdı.