“Ankara Qərbin bir nömrəli hədəfi halına gəldi” Dünya

“Ankara Qərbin bir nömrəli hədəfi halına gəldi”

“Rusiyadan Türkiyəyə "S-400" "Triumf" ZRK artıq gətirildi. Bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə start verdi. Bu, həm də Türkiyə ilə NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, "S-400" ZRK 12-15 iyul arası Türkiyəyə daşınması, hərbi çevrilişə cəhd günü ilə üst-üstə düşməsi Qərbə mesajdı: “Qeyd edim ki, NATO -nun Rusiyaya qarşı mövqeyi kəskinləşə, siyasi-hərbi doktrinası fondunda Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı Alyansda çatların baş verməsinə və Moskvanın bu təşkilat üzərində psixoloji və siyasi qələbəsinə gətirəcək.
Türkiyə rəhbərliyi, bu silahları almaqla Rusiya ilə siyasi yaxınlaşmaqla 2016-il iyul hərbi çevrilişdə ona dəstək olan Moskvaya minnətdarlıq və Qərbə qarşı öz dirənişini nümayiş etdirmək siyasətdir. Bununla demək olar ki, Ankara artıq Qərbin bir nömrəli hədəfi halına gəldi”.
Ümumiyyətlə, Türkiyənin bu raket sisteminə ehtiyacı yoxdur. Qərblə normal əməkdaşlıq davam etsəydi kimdən müdafiə olunacaqdı?”
Politoloq bildirib ki, hazırda Suriyadan və İraqdan Türkiyəyə havadan heç bir təhlükə yoxdur:” Yunanıstanla da NATO-da hərbi müttəfiqdirlər. Görünür Ərdoğan Qərbdən uzaqlaşmaq kursu həyata keçirməklə Rusiyadan bu silahları idxal etməsi, NATO və ABŞ-dan müdafiə olunmağı planlayır. Təbii ki, AKP-nin bu siyasəti öz şəxsi hakimiyyətləri üçün ölkənin milli təhlükəsizliyini riskə atmaq deməkdir. Demək olar ki, Ərdoğan bütün ənənəvi müttəfiqləri ilə düşmənçilik prosesindədir. Qərblə çox ciddi şəkildə konfontrasiyaya gedərək daxili auditoriyanı ələ almaq üçün istifadə edir. Əzəli rəqibi olan Rusiya ilə yaxınlaşmaq kursu götürdü. Bu geosiyasi nizamda uduşlu Kremldi və NATO-dan Türkiyəni ayırmaqla öz geosiyasi məqsədlərini uğurla həyata keçirir”.
M.Əsədullazadə onu da vurğulayıb ki, Türkiyədə 2003-cü ildən hakimiyyətə gələn islamçılar anti-Qərb siyasəti aparmaqla Türkiyəni Qərbin hədəfinə gətirib:”Ümumiyyətlə, uzaq vədəli Türkiyə-Rusiya müttəfiqliyi mümkün deyil. Məhz ABŞ və Avropa 2023-cü ilə kimi ölkə daxilində və xaricində Ərdoğana qarşı zəiflətmək planı həyata keçirəcək.
ABŞ və Avropa Türkiyəyə qarşı iqtisadi sanksiyaları işə salarsa Ərdoğana qarşı etirazlar dalğası başlayacaq. Türkiyə-Rusiya əməkdaşlığının inkişafı Qarabağ münaqişəsinin nizamlanmasına heç bir müsbət təsir etməyəcək. Türkiyənin Cənubi Qafqazda rolu zəifləyəcək”.