9 Yanvar 2020 15:31
2 128
Etirazçılar Qondarma Abxaziyanın “prezident administrasiyası”na hücum edib.
Bu məlumatı “RİA Novosti” yayıb. Hücumun Bakı vaxtıyla 14:00-da başladığı bildirilib.
Etirazçılar “administrasiya”nın qapılarını qırıb və binaya daxil olmağa çalışıb.
Aksiya iştirakçıları Abxaziya “daxili işlər naziri” Harri Arşbanın istefaya göndərilməsini tələb edirlər.