“Ermənistan Rusiyanın qapısında kölədir” Dünya

“Ermənistan Rusiyanın qapısında kölədir”

Seyfəttin Ayakyay: "Bu dövlət Azərbaycanla baş-başa gələ bilməz"

"Ötən gün Ağdamda olduq və Azərbaycan əsgərinin səngərdə necə şücaətlə durduğunu gördük. Ermənistanda isə sərhədləri ruslar qoruyur. Hazırda Ermənistan Rusiyanın qapısında bir kölə vəziyyətindədir".
Bunu "SalamNews"a "Türkiyə Azərbaycan Dərnəyi" Federasiyasının rəhbəri Seyfəttin Ayakyay söyləyib. O bildirib ki, Ermənistan əzəli Azərbaycan torpaqlarını öz gücünə əlində saxlamır: "Biz, ermənilərin nəyə qadir olduğunu bilirik. Bu dövlət Azərbaycanla baş-başa gələ bilməz".
Federasiya rəhbəri əlavə edib ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanında olub: "Azərbaycan nəinki Qarabağı, hətta özünün qədim torpaqları olan İrəvanı belə geri almaq iqtidarındadır. Ordunun bugünkü inkişafı düşmənə gözdağıdır".