IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
5 Avqust 2021 13:23
3 052
Türkiyədə yerli istehsal olan ilk yük pilotsuz uçuş aparatının sınaqları keçirilib.
Trend-in məlumatına görə, KARGO-150 çoxpərli PUA 50 dəqiqə müddətində 150 kiloqramadək yük daşımaq gücündədir.
PUA "Aselsan" və "Altınay Savunma" şirkətləri tərəfindən istehsal olunub. KARGO-150 40 kilometr məsafəyə yükü çatdırıb geri dönə biləcək.
Qeyd olunur ki, KARGO-150-nin yüklə birgə ağırlığı 730 kiloqrama çatır. Aparatın uçuş sürəti 100 kilometr/saata çatır.
PUA əsasən, hərbi yüklərin, silah-sursat, eləcə də yanacağın əsgərlərə çatdırılması üçün nəzərdə tutulur.