ABŞ-ın sualtı atom qayığı naməlum obyektlə toqquşub Dünya

ABŞ-ın sualtı atom qayığı naməlum obyektlə toqquşub

ABŞ-ın "Seawolf USS Connecticut" sualtı atom qayığı Hind-Sakit okeanı regionunun beynəlxalq sularında naməlum obyektlə toqquşub.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Seawolf USS Connecticut" (SSN 22) sürətli hücum sualtı qayığı oktyabrın 2-si günün ikinci yarısında suyun altında olduğu zaman naməlum obyektlə toqquşub".

Qeyd edilir ki, sualtı qayıq təhlükəsiz və stabil vəziyyətdədir, toqquşma nəticəsində heyət üzvləri arasında xəsarət alan olmayıb.