
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Ankaradakı görüşləri çərçivəsində CNN Türk-ün canlı yayımına qatılıb, gündəmlə bağlı dəyərləndirmələr edib və sualları cavablandırıb.
Ersin Tatar adada keşişlərə silah təlim verilməsindən danışaraq, kilsənin illərdir Kipr rum tərəfində siyasətə böyük təsir göstərdiyini bildirib.
Ersin Tatar Kıbrıs həqiqətlərini nəzərə alaraq, hər iki tərəfin adada sülh və əmin-amanlıq içində yaşaya biləcəyi bir razılaşma üçün iki ayrı dövlətin suveren bərabərlik əsasında əməkdaşlığının lazım olduğunu bildirib.
Kıbrısda iki ayrı suveren xalqın olduğunu vurğulayan Tatar, hər bir xalqın öz müqəddəratını təyin etmək hüququna malik olduğuna diqqət çəkib. Rəsmi danışıqlara başlamaq üçün KKTC-nin suveren bərabərliyinin qəbul edilməsinin vacib olduğunu deyən prezident Şərqi Aralıq dənizində türk-rum balansının qorunmasının vacibliyini də dilə gətirib.
Ersin Tatar həmçinin əlavə edib ki, bu gün KKTC Nazirlər Kabinetinin tərkibi təsdiqlənəcək və yeni kabinet toplanacaq. Xatırladaq ki, yanvarın 23-də keçirilən seçkidə 50 millət vəkilindən ibarət Cümhuriyyət Məclisində Milli Birlik Partiyası (UBP) 24, Cümhuriyyətçi Türk Partiyası (STP) 18, Demokrat Partiyası (DP) 3, Xalqın Partiyasə (HP) 3 və Yenidən Doğuş Partiyası (YDP) 2 mandata sahib olub.
Cavid