Şəkidə gənclər üçün treninqlər keçirilib Hadisə

Şəkidə gənclər üçün treninqlər keçirilib

Tural

Oktyabrın 7-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Pedaqoji kollecində gənclər üçün başlanmış treninqlər oktyabrın 23-də başa çatıb. "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqlərdə gənclərə biznes-ideyanın yaradılması, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri və s. barədə ətraflı məlumat verilmişdir.
Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və s. barədə məlumat verilmişdir. Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.