“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
18 Sentyabr 2019 16:59
1 645
Anar Bağırov: “Vəkil digər şəxslərin maraqlarına uyğun hərəkət etməlidir və öz həmkarlarına hörmətlə yanaşmalıdır”
“Adil İsmayılovla bağlı qərar vəkillər kollegiyası tərəfindən kollegial şəkildə qəbul olduğundan mənim sədr kimi şərh vermək səlahiyyətim yoxdur”.
Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. O qeyd edib ki, vəkillərin fəaliyyəti qanunla məhdudlaşdırılır: “Bizim üçün bütün vəkillər bərabərdir. Vəkillik sərbəst və azad peşədir. Təbii ki, vəkillər də öz fəaliyyətlərində qanuna və vəkillərin etik davranış qaydalarına əməl etməlidir. Bizim hüquqlarımız qanunla məhdudlaşdırılıb. İstəyimiz bütün vəkillərin etik məcəlləyə, davranış qaydalarına əməl etməsidir. Vəkillik anarxiya deyil. Vəkillik o demək deyil ki, mən nə istəyirəm onu deyə bilərəm. Vəkil digər şəxslərin maraqlarına uyğun hərəkət etməlidir və öz həmkarlarına hörmətlə yanaşmalıdır. İcraatımızda olan intizam işləri ilə bağlı vəkillər kollegiyasının sədri olaraq mən şərh vermək səlahiyyətində deyiləm. Çünki qəbul olunan bütün qərarlar kollegial orqan olan rəyasət heyəti tərəfindən qəbul olunur. Vəkillər Kollegiyasının sədri də rəyasət heyətindəki digər üzvlərlə bərabər səs hüququna malikdir. Onunla (Adil İsmayolovla) bağlı məsələ vəkillər kollegiyasının daxilində həll olunan məsələdir. Mən istəmirəm ki, bəzi adamlar bu mövzu ərafında spekulyasiya qursunlar. Onun tərəfdarı deyiləm. Bu gün vəkillik bir ailədir, bütün vəkillər bu ailənin üzvüdür, o cümlədən Adil İsmayılov da bu vəkil ailəsinin hörmətli üzvlərindən biridir”.
Qeyd edək ki, dünən Şirvanda “Regional Vəkil bürosu”nun açılışı olub. Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov da iştirak edib. Bildirilib ki, 21 şəhər və rayonu əhatə edən vəkil bürosunda Vəkillər Kollegiyasının üzvü olan 77 vəkil təmsil olunur.
1 Noyabr 17:46
1 750
1 Noyabr 14:21
1 750
31 Oktyabr 20:55
2 170