17 Dekabr 23:42
ABŞ Meksika kartelinə neft oğurluğuna görə sanksiyalar tətbiq edib
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub
"Ağ Evi alçaltmaq istəyən Zelenski deyil, Ukrayna idi ki.. "
ABŞ-nin yeni təhlükəsizlik strategiyası: Ukraynanın gələcəyi necə dəyişir?
Ankarada türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu başlayıb
16 Aprel 2020 17:58
1 750
"Xüsusi karantin rejimi ilə bağlı hazırda proseslər kompleks şəkildə təhlil edilir".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, təhlilin nəticəsi olaraq karantin rejiminin bu vəziyyətdə və yaxud digər şərtlərlə davam etdirilməsi barədə məlumat veriləcək: "Nəzərə almaq lazımdır ki, Azərbaycanda koronavirusla bağlı vəziyyətin müsbət dinamikada dəyişməsi bunun bütün dünyada belə olması demək deyil. Hazırda dünya ölkələrində infeksiyanın alovlanmasını görürük. Ona görə də virusun yenidən ölkəmizə idxal olunması baş verə bilər. Hazırda həm ölkə daxilində, həm region, həm də qlobal formada vəziyyətin araşdırılması davam edir".