Azərbaycanda indiyədək 1548 nəfər koronavirusa yoluxub, onlardan 948 nəfər sağalıb, 20 nəfər vəfat edib Hadisə

Azərbaycanda indiyədək 1548 nəfər koronavirusa yoluxub, onlardan 948 nəfər sağalıb, 20 nəfər vəfat edib

"Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib".
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.