Tehran Yaxın Şərqdə yeni təhlükəsizlik strukturu qurmaq istəyir
Çin XİN rəhbəri: İranın atom enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var
ABŞ bəzi İraq rəsmilərini terrorçuları dəstəkləməkdə ittiham edib
Əraqçi: İran münaqişənin həlli üçün ABŞ ilə ədalətli saziş bağlamağa hazırdır
AMB sədri: "Bank BTB"nin depozit portfelinin böyük hissəsi ABB-yə ötürülüb
27 İyul 2020 11:43
2 422
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən “Qrand” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb. Karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi – R. Süleymanov inzibati qaydada həbs edilib, müştəriləri olan digər 4 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.