Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev - FOTO Hadisə

Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev - FOTO

Bu gün Azərbaycan torpağı uğrunda şəhid olan şəxslərin ruhu şaddır.

Bunu Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şəhidlik həyatın davamıdır və şəhid olan əsgər, zabitlərimiz daim qəlblərdə yaşayacaq:

“Şəhidlərin canı-qanı bahasına başa gələn bu şanlı qələbə bizi bütün dünya xalqları qarşısında başı uca etdi. Bu gün 30 ildir həsrətində olduğumuz torpaqlarımızın vüsalına yetişmişik.

Şəhidlik həyatın davamıdır, vətən yolunda canlarından keçən oğullarımız daim bizim qəlbimizdədir. Bir gözümüz hüznlü, digər gözümüz sevincli olsa da, bu günü biz qeyd etməliyik ki, gələcək nəsillərə nümunə olsun. Bu gün döyüşlərdə şəhid olan şəxslərin ruhu şaddır. Biz Dağ Yəhudiləri Azərbaycan xalqının daim yanındayıq və olacağıq da, onun xoş gününü biz də paylaşırıq”.