Facebookdan Atatürklə bağlı qadağa Hadisə

Facebookdan Atatürklə bağlı qadağa

1,4 milyard istifadəçi sayıyla ən böyük sosial şəbəkə olan Facebook maraqlı qadağasıyla diqqət çəkib.
Facebookun sahibi CEO Mark Zuckerberg paylaşılan yazıların mətnlərinə "Community Standart"larına görə "Atatürk meyarı" qadağası qoyulduğunu açıqlayıb.
Zuckerberg "Türkiyədə Atatürkü təhqir etmək qeyri-qanunidir. Buna görə Türkiyənin mədəni və tarixi dəyərləri üçün Atatürkə təhqir edildiyi zaman paylaşımı aradan qaldıracağıq" deyib.
Mark Zuckerberg öz Facebook hesabından etdiyi şərhdə bildirib ki, "Facebook bunu ölkələrin mədəni və tarixi dəyərlərinə hörmətlə yanaşdığı üçün edir".
Zuckerberg deyib: "Hal-hazırda Facebook bütün ölkələrdə tanınır. Hər ölkənin özünəməxsus ifadə sərhədləri var. Məsələn, Türkiyədə Atatürkü təhqir etmək qeyri-qanunidir. Almaniyada nasistlərin yəhudiləri qətl etdiyi inkaredilməzdir. Müsəlman ölkələrində dinə küfr etmək cinayət kimi qəbul edilir. Buna görə "Community Standart"lar yenilənib. Bu meyarlara uyğun gəlməyən yazılar aradan qaldırılacaq".
Facebook hökumətlərdən keçən ilin ikinci yarısında gələn paylaşım qaldırma tələblərinin də hesabatını yayımlayıb. Bu hesabata görə, Türkiyə qaldırılan 3.624 paylaşıma görə siyahının ikinci sırasında yer alır. Birinci sırada Hindistandır.