İTV yeni üzvlərin namizədlikləri irəli sürülüb Hadisə

İTV yeni üzvlərin namizədlikləri irəli sürülüb

Fuad Muradov, Namiq Məmmədov və Zərifə Salahovanı kimlər əvəzləyəcək?

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklilər edilməsi nəzərdə tutulur. Bununla bağlı məsələ parlamentin Mədəniyyət komitəsininn mayın 13-də keçirilən iclasında müzakirə olunub.
Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının 3 üzvünün - Fuad Muradovun, Namiq Məmmədovun və Zərifə Salahovanın səlahiyyət müddəti başa çatdığı üçün onların yeni şəxslərlə əvəzlənməsi tələb olunur.
Qeyd edək ki, həmin şəxslərin yerinə Sahibkarlar Şurası, Gənclər təşkilatları və Qadınlar təşkilatların tərəfindən hərəsindən iki nəfər olmaqla 6 şəxsin namizədliyi irəli sürülüb.
Sahibkarlar Şurası tərəfindən Vüqar Zeynalovun, İsmayıl Ələkbərovun, Gənclər təşkilatları tərəfindən Mirhəsən Seyidovun, Turqay Həsənəliyevin, Qadınlar təşkilatları tərəfindən isə Sevil Yusifovanın və Ülkər Abdullayevanın namizədlikləri irəli sürülüb.
Sözügedən komitənin sədri Nizami Cəfəriov isə bildirib ki, adıçəkilən qurumda təmsil olunmaq hər bir şəxs üçün fəxr sayıla bilər.
"Qeyd edim ki, İctimai televiziya Azərbaycan teleməkanında özünə yer tuta bilib. Ötən 10 il ərzində o, zəngin təcrübə toplayıb. Azərbaycanın ən sevilən və ən baxılan kanallarından birinə çevrilib. Odur ki, həmin televiziyanın Yayım Şurasında təmsil olunmaq hər kəs üçün fəxr sayıla bilər"-deyə, komitə sədri sözlərinə əlavə edib.
Geniş müzakirələr açılmadan namizədlikləri irəli sürülən şəxlərin məsələsinə baxılması parlamentin plenar iclasına tövsiyə olunub.