“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
25 Avqust 2020 16:40
42 357
Azərbaycan Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.
Nazirlikdən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Nəsibov İlkin Kamal oğlu nazirliyin Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
İlkin Nəsibov 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.
A.Kərimovun digər əmrinə əsasən Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Hüseynova Azadə Cəlil qızı öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Anar Kərimovun müvafiq əmri ilə Abdullayeva Nərgiz Faiq qızına həvalə edilib.
Nərgiz Abdullayeva 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. 2013-cü ildən dövlət qulluğunda çalışır.
2013-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində məsləhətçi və baş məsləhətçi vəzifələrində işləyib. 2018-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri vəzifəsində çalışıb.
31 Oktyabr 17:15
2 030
31 Oktyabr 11:59
2 184
31 Oktyabr 11:46
2 170