“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
30 Aprel 2021 10:45
5 502
Yaxın zamanlarda İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılacağı planlaşdırılır.
“APA-Economics”ə verilən məlumata görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla ilə İsrail hökumətləri arasında Birgə Komissiyanın 2-ci iclasında çıxış edərkən deyib.
O, dövlət başçılarının siyasi iradəsinin, iki ölkənin böyük iqtisadi potensialının əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və İsrail arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. İsrailin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən iqtisadiyyat naziri qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi barədə fikirlərini bölüşüb.
Azərbaycanın əlverişli biznes və investisiya mühitini vurğulayan iqtisadiyyat naziri İsrail sahibkarlarını ölkədə yaradılan sənaye zonalarına investisiya yatırmağa, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə iştiraka dəvət edib.
Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Qabi Aşkenazi ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyini qeyd edib.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi M. Cabbarov və Q. Aşkenazi imzalayıblar. Sənəddə enerji, səhiyyə, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsərrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
1 Noyabr 14:45
2 114
1 Noyabr 13:43
2 156
1 Noyabr 13:27
2 107