“Azərbaycan ordusu güclü zərbələr endirəcək” Siyasət

“Azərbaycan ordusu güclü zərbələr endirəcək”

Vasif Əfəndiyev: "Ermənilərin saxta generalının bəyanatı sahibinə güvənən köpəyin cəsarəti qədərdir"

Bir çox ekspertlər beynəlxalq vəziyyətin, eyni zamanda bölgədə gedən proseslər Daqğlıq Qarabağ münaqişəsinə də təsir edəcəyi qənaətindədirlər. Bəzi fikirlərə görə, Azərbaycanın keçirdiyi təlimlər və Türkiyədən alınacaq silah sursat prosesin başlanğıcıdır. Ekspertlər isə hesab edirlər ki, indiki durumda bu məsələdə Rusiyaya daha ciddi təzyiq edilməlidir. Bu arada isə erməni generalının Azərbaycan tərəfinin işğal altında olan torpaqlarının azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı təqdirdə guya neft kəmərlərinin raketlə vuracaqları ilə bağlı səsələndirdiyi fikirlər də təsadüf hesab olunmur.
Politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycan tərəfinin işğal altında olan torpaqlarının azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı təqdirdə erməni generalının guya neft kəmərlərinin raketlə vuracaqları barədə bəyanatının heç bir əsası yoxdur: "Əvvəla onu qeyd edim ki, Ermənistan tərəfinin bu yön bəyanatları dəfələrlə səsləndirilib və heç bir məntiqi sonluqla bitməyib".
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağın işğaldan azad olunmasına yönəlik hərbi əməliyyatlar başlayarsa, şübhəsiz ki, Ermənistandan qat-qat güclü olan Azərbaycan ordusu qarşı tərəfə kifayət qədər güclü zərbələr endirəcək: "Lokal əməliyyatlar zamanı ordumuz bunu dəfələrlə sübut edib, ermənilərin saxta generalının bu bəyanatı sahibinə güvənən köpəyin cəsarəti qədərdir. Məlumdur ki, Qarabağ torpaqlarını keçmiş Sovet ordusu və indiki Rusiya tərəfi işğal edilərək Ermənistanın adına yazdırıb. Rusiyanın icazəsi olmadan Ermənistan Azərbaycan tərəfə bir mərmi belə atmağa cürət etməz. Neft kəmərini partlatmaqla təhdid edən saxta general unutmasın ki, Azərbaycan neftinin təhlükəsizliyinin qarantı Qərb ölkələridir. 1994 -cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan Əsrin müqaviləsində neftin təhlükəsizliyi əsas prioritet təşkil edir. Əgər Rusiya tərəfi cəsarət edərək erməni adına neft kəmərinə saldırarsa, qarşısında neftin təhlükəsizliyinə təminat verən dövlətləri görəcək. Unutmayaq ki Azərbaycan neftinin əsas alıcıları da məhz həmin dövlətlərdir".

Əli