Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Azərbaycanla Gürcüstan arasında Bəyannamə imzalandı

Azərbaycanla Gürcüstan arasında Bəyannamə imzalandı Siyasət

Azərbaycanla Gürcüstan arasında Bəyannamə imzalandı

Azərbaycan Prezidenti: "Əminəm ki, hər iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək"

Dünən Gürcüstan Prezident Sarayında bu ölkədə rəsmi səfərdə olan Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev həmkarı Georgi Marqvelaşvili tərəfindən qarşılanıb. Fəxri qarovul dəstəsinin rəhbəri hər iki prezidenti salamlayıb, sonra dövlət himnləri səsləndirilib. Gürcüstanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə president Georgi Marqvelaşviliyə təqdim olunub.
Sonra Gürcüstan və Azərbaycan prezidentlərinin təkbətək görüşü başlayıb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili deyib: "Zati-aliləri cənab Prezident. Hörmətli nümayəndə heyətinin üzvləri. İcazə verin, Sizin Gürcüstana səfərinizi ürəkdən alqışlayım. Deməliyəm ki, çoxdandır bu səfərin intizarında idim.
Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab Prezident, mən əminəm ki, Sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək".
Azərbaycan Prezident İlham Əliyev deyib: "Çox sağ olun, hörmətli cənab Prezident. Göstərilən qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək.
Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin".
Dövlət başçısı qeyd edib ki, gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur: "İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik".
Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb.
Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə təkbətək və hər iki ölkənin nümayəndə heyətləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Prezident İlham Əliyev bildirib ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir: "Biz həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrimizin ərazi bütövlüyü məsələlərində bir-birimizə daim dəstək və arxa oluruq. Əminəm ki, hər iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək. Bəyannamədə münaqişələrin həlli ilə bağlı çox dəqiq ifadələr öz əksini tapıb. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü və suverenliyi, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır".