Metsamorda qəza bütün Ermənistanı məhv edə bilər Siyasət

Metsamorda qəza bütün Ermənistanı məhv edə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Milli Nüvə Tədqiqatlari Mərkəzinin sədri Adil Qəribov Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının yaratdığı təhlükələri şərh edib.
Dünyada "Metsamor"dan da köhnə reaktorların olduğunu deyən Adil Qəribovun sözlərinə görə, hazırda Almaniyada, Yaponiyada 70-80-ci illərdən qalan 40-a qədər reaktor işləyir: "Amma burada başqa amillər də nəzərə alınmalıdır. Əvvəla, Ermənistan seysmik zonada yerləşir, orada 9 ballıq zəlzələ riski var.
İkincisi, belə bir zonada reaktoru işlədən ölkənin iqtisadi durumu da çox ağırdır. Dediyim dövlətlər stasiyalarını təhlükəsizlik məqsədilə tamamilə yenidən qurublar. Ermənistanın isə belə bir imkanı yoxdur. Buna görə də hesab edirəm ki, Ermənistanın bugünkü ağır vəziyyətində Metsamor AES-in işləməsi cinayətdir. Birinci elə erməni xalqına qarşı cinayətdir. Çünki əgər qəza olsa, Ermənistanın ərazisi tamamilə örtüləcək. Biz hesablama aparmışıq, bu halda Ermənistanın bütün ərazisi məhv olacaq.
2014-cü ildə Ermənistanın Nazirlər Kabinetində reaktorun ömrünün daha on il uzadılması ilə bağlı qərar veriləndə MAQATE ermənilərə şərt qoydu ki, reaktor onların tələblərinə uyğun olaraq yenidən qurulmalıdır. Bunun üçün 40-50 milyon dollar tələb olunurdu. Ermənistan həmin pulu tapa bilmədi. Fransa və Rusiayaya yalvarıb kretdit istəyirdi. Fransa vermədi. Rusiya isə həmin krediti ayırdı ki, reaktor bərpa olunsun.
Atom enerjisindən istifadə etmək üçün ölkənin imkanı olmalıdır, o quruğunun təhlükəsizliyini təmin edəcəyinə dair beynəlxalq aləm qarşısında öhdəlik götürməlidir. Biz də bu gün Atom Elektrik Stansiyası və ya Tədqiqat Nüvə Reaktoru açası olsaq, dövlətimiz MAQATE qarşısında öhdəlik götürəcək.