Çingiz Qənizadə: “Mən buna cavab tapa bilmirəm” Siyasət

Çingiz Qənizadə: “Mən buna cavab tapa bilmirəm”

"Bu gün cənab prezident İlham Əliyev havanın yağışlı keçməsinə baxmayaraq, Qobustanda və Şamaxıda müəyyən açılışlarda iştirak edir. Əhalinin yanındadır. Mən ikinci bir prezident tanımıram ki, regionlara bu qədər səfər etsin. Biz regionalara səfər edən zaman insanlarımız bəzi xoşagəlməz şeyləri sizlərə və ölkə prezidentinə çatdırmağı bizdən xahiş edirlər. Hesab edirəm ki, biz bu məlumatları çatdırmaqla cənab prezidentə kömək etmiş oluruq". Bunu Milli Məclisin iclasında deputat Çingiz Qənizadə deyib. O bildirib ki, əhalinin banklarla bağlı müəyyən narazılıqları var. "Mütləq faiz dərəcələri aşağı salınmalıdır. Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb? Axı aztəminatlı ailələr bundan yararlana bilmirlər. Əziyyət çəkirlər. Əgər 7-8 ay əvvəl yağın kilosu 10 manat idisə, indi 18 manata çatıb. Dünən mən mağazaya girdim və bəzi yağların qiymətinin 18 manat olduğunu gördüm. Bu problemdir. İnsanları sıxmaq olmaz axı. Əgər kimsə pul qazanmaq istəyirsə, bunu halal yolla etsin. İnsanları narazı salmaq lazım deyil. Eyni zamanda ətin də qiyməti qalxıb. Mən İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinin müvafiq qurumlarıan müraciət edirəm ki, bu məsələyə baxsınlar. Axı bizdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var. Onlar bu qiymətlərə nəzarət etsin. Qiymətlər tənzimlənsin. Xahiş edirəm müvafiq qurumlar bunu nəzərə alsınlar".