ATƏT-in baş katibi: “Tərəflərin siyasi iradəsi olmalıdır ki, irəliləyiş əldə edilsin” Siyasət

ATƏT-in baş katibi: “Tərəflərin siyasi iradəsi olmalıdır ki, irəliləyiş əldə edilsin”

"Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik". Bunu ATƏT-in Baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib. Baş katib qeyd edib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".
T.Qreminger bildirib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır: "Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına, siyasi və hərbi məsələlərə mühüm töhfələr verir: "Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur".