“Həbslər digər məmurlara da dərs olmalıdır” Siyasət

“Həbslər digər məmurlara da dərs olmalıdır”

Ceyhun Ələkbərov: “Dövlət başçısının tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl edilməlidir”

“Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, məhkəmə-hüquq sistemi daxil olmaqla bütün sahələrdə sürətli islahatlar aparılır. Yeni, müasir, gənc kadrlar vəzifələrə təyin olunur”.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü, Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov deyib. O bildirib ki, dünya yeni dönəmə qədəm qoyur: “Bu dönəmdə iqtisadiyyatı güclü olan şəffaf idarəetmə sistemləri uğur qazanacaqlar. Beynəlxalq siyasi arenada nüfuza malik olan Cənab Prezident çevik siyasət yürüdür və buna görə də ölkəmiz COVİD-19 pandemiyası ilə mübarizədə xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təcrübəsi öyrənilən nümunəvi dövlət kimi göstərilir”.
O, əlavə edib ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib və qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında körpü rolunu oynayır: “Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünü misal göstərə bilərəm. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin sübutudur. Bundan əvvəl də Azərbaycan bu mövzuda videokonfrans formatında Zirvə görüşü keçirib. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Bunu da qeyd etməliyik ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Bütün bunar dövlət başçsının gərgin iş rejminin nəticəsidir ki, bu da ölkəmizin bynəlxalq arenada nüfuzun artmasına xidmət edir”.
C.Ələkbərov əlavə etdi ki, əhali ilə hər gün təmasda olan yerli icra strukturları, məmurların fəaliyyəti dövlət başçısının apardığı siyasətə, ölkədə aparılan islahatlara adekvat olmalıdır: “Amma biz son zamanlar bunun əksini görürük. Dövlət başçısının xəbərdarlıqlarından dərs çıxarmayan bəzi məmurlar, yerli icra strukturları ölkədə gedən islahatlar prosesinə nəinki töhfə verir, əksinə vəzifə səlahiyyətlərinin aşması, qanunun pozması kimi neqativ fəaliyyət göstərir, dövlətə dəstək deyil zərər verir, hökümət və cəmiyyət həmrəyliyinin əksinə yönəlik addımlar atırlar. Son günlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən və həbslərlə nəticələnən əməliyyatlar buna sübutdur. Hesab edirəm ki, islahatlar davam etdiriləcək, islahatlara cavab verməyən və ənənvi köhnə təfəkkürlü bəzi məmurlar ciddi şəkildə cəzalandırılacaqlar. Həbslər digər məmurlara da dərs olmalıdır. Güclü Azərbaycan naminə şəffaf fəaliyyət göstərilməli və dövlət başçısının tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl edilməlidir”.

Əli