“Eldəniz Quliyev Əlikramın yolu ilə gedir” Siyasət

“Eldəniz Quliyev Əlikramın yolu ilə gedir”

Niyaməddin Orduxanlı: "Özünü İrana, Rusiya göstərir ki, Azərbaycanda bu yönümdə işlər apara bilər"

Mehman Muradlı: "Pul naminə kimi istəsəniz sata bilər"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Milli Şuranı Azərbaycan polisi ilə bağlı mənfi rəy yaratmaqda ittiham edib. Parlamentin iclasında çıxış edən Qüdrət Həsənquliyev "Polis haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, Milli Şuranın üzvü Eldəniz Quliyev Azərbaycan polisini gözdən salmaqla məşğuldur.
Onun sözlərinə görə, Eldəniz Quliyev, ümumiyyətlə, Azərbaycanda təxribat yaratmağa cəhd edənlərdəndir: "Bu adam yaxşı niyyətli deyil. İndi də polisləri gözdən salmaq istəyir. Haqlı olaraq daxili işlər naziri onu məhkəməyə verib. Bunlar vaxtilə mərhum eks-prezident Əbülfəz Elçibəydən də gizli iş görən şəxslərdir. Eldəniz və ətrafı əsl xəyanətkarlardır".
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Eldəniz Quliyev Azərbaycanın dövlətçiliyinə, müstəqiliyinə, milli maraqlarına zərbə vuran ünsürlərdən biridir: "Keçən il Rusiya "Milli Şura"nı yaradan kimi Eldəniz Quliyev Azərbaycanda etnik məsələsi ilə bağlı müraciət yayımladı. Guya ölkədə etnik problemlər var. Bunun bu məqsədindən də aydın görünür ki, bu adam müstəqil Azərbaycanı sevməyən birisidir. Bu adam Azərbaycan siyasətinə Eldar Namazov gətirib və onu da təlimatlandıran odur. Eldəniz Quliyev Əlikramın yolu ilə gedir. Özünü İrana, Rusiya göstərir ki, Azərbaycanda bu yönümdə işlər apara bilər. Bu gün bu bu adamların hamısı Əli Kərimlinin yanında yer tapıb. Əli Kərimli üçün bu adamların kim olmasının heç bir fərqi yoxdur".
"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri Mehman Muradlı dedi ki, Eldəniz Quliyevi uğursuz rejisyorluqdan Azərbaycan siyasətinə Rəsul Quliyev transfer edib: "Bu o vaxta təsadüf edir ki, SİDSUH deyilən bir qurum yarandı və Rəsul Quliyevin həmin təşkilatda dayaqlara ehtiyacı vardı. SİDSUH-da Eldəniz Quliyevin fəaliyyəti bir o qədər gözə çarpmadı. Sonralar Eldəniz Quliyev "ziyalılar" birliyi adlı qurum yaratdı və yenə də hansısa bir qrupun təşkil etdiyi mənasız birliyə üzv oldu. Ümumiyyətlə Eldəniz Quliyev incəsənətdəki uğursuzluğunu siyasətdə də nümayiş etdirdi. Bu adam gah İranpərəst oldu, gah Rusiyapərəst. Yerini müəyyənləşdirə bilmədi demək də düzgün olmazdı. Çünki o adam üçün əsas məqsəd pul olub. Pul naminə kimi istəsəniz sata bilər. Nəinki hansısa bir şəxsi hətta dövlət maraqlarını pula satandı. Bu işdə isə onun əli yaxşı gətirir".

Əli