“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
25 Sentyabr 2020 16:45
2 989
Rumıniyanın bir çox qabaqcıl KİV-lərinin baş redaktoru vəzifəsində çalışmış, siyasi şərhçi, sabiq Prezident İon İlieskunun müşaviri Oktavian Andronik Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını təhlil edib. Onun fikirlərinin yer aldığı məqalə Rumıniyanın nüfuzlu “Amosnews” xəbər agentliyinin saytında dərc edilib.
Siyasi şərhçi deyib ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın siyasətinin işğalçı mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Qeyd edib ki, Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tezliklə çıxarılmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyi bildirilir. Diqqətə çatdırılır ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
Azərbaycanın işğal edilmiş ərazilərində təbii ehtiyatların qanunsuz istismar edildiyi qeyd olunan məqalədə, həmçinin nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğu vurğulanır.
18:46
651
11:24
1 050
1 Noyabr 17:13
1 554