Minsk qrupu Qarabağ məsələsində ermənipərəst mövqedədir Layihə

Minsk qrupu Qarabağ məsələsində ermənipərəst mövqedədir

Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontin, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik yenidən Azərbaycana gəliblər. Onları prtezident İlham Əliyev də qəbul edib. Görüşdə rusiyalı həmsədr İqor Popov bildirib ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.
Qeyd edək ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlii ilə bağlı eyni fikirlər səsləndirsələr də münaqişənin həllinə ədalətli mövqedən yanaşmayıblar. Onlar yalnız turist kimi regiona səfərlər ediblər. İşğalçı və işğala məruz qalan tərəflər onlara yaxşı aydın olduğundan müsnaqişənin beynəlxalq qanunlar çərçivəsində həll olunmasında maraqlı deyillər.
Politoloq Mirsamir Məmmədov bildirib ki, Qarabağ münaqişəsinin həlli məsələsində uzun illərdir ki‚ beynəlxalq aləm və siyasi təşkilatlar birmənalı olaraq ermənipərəstlik edirlər. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz və dərhal tərk etməsinə dair qəbul etdiyi qətnamələrinin bu günə qədər icra edilməməsi və bu qətnamələrə məhəl qoyulmaması, Ermənistanın bunu icra etməməsinə göz yumulması işğalçının tərəfində olmaq deməkdir.
Politoloq qeyd edib ki, ATƏT-in Minsk Qurupunun münaqişənin həllinə dair birbaşa mandatı var:"Ümumiyyətlə, ATƏT-in Minsk qrupu BMT Təhlükəsizlik Şurasında tam bəyənilərək və dəstəklənərək məsələni sülh yolu ilə həllinə nail olmaq üçün xüsusi mandat alıb. Lakin Minsk qrupu Ermənistanın qeyri-konstruktiv mövqeyi sayəsində nətəcəsiz oldu. 2006-cı ildə təsis olunan ATƏT-in Minsk qurupu institunun həmsədr ölkələrinin ikisi‚ Rusiya və Fransa birbaşa ermənipərəst dövlətlərdir və hər ikisi birmənalı şəkildə Ermənistana dəstək olublar. Rusiya işğalçı ölkəyə mütamadi silah verən ölkədir və bu yaxınlarda "İsgəndər" balistik raketlərinin Ermənistana verilməsi özü məsələnin həllində ermənipərətslik edilməsi‚ Ermənistana arxa-dayaq rolunda çıxış etməsi və Azərbaycana təhdid xarakterli addımdır. Rusiya bir daha göstərdi ki‚ işğalçı ölkəni silahlandırmaqda davam edəcək və və əsla bu mövqeyindən əl götürməyəcək. Ermənistana təhlükəli silahın verilməsinin bundan başqa bir açıqlaması yoxdur. Əgər varsa Rusiya təhlükəli silahını işğalçı ölkəyə nə üçün verdiyini açıqlasın. Ümumiyyətlə, heç bir dövlət və heç bir beynəlxalq təşkilat bu və ya digər məsələlərdə Azərbycanla təhdid və hədə dililə danışa və heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Azərbaycan dünya birliyində özü müstəqil siyasət yeridən ölkədir. Ölkə rəhbəri müstəqil siyasət aparır və sadəcə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıyıq. Məsələnin sülh yolu ilə həlli olmasa Azərbaycanıın öz torpaqlarını müharibə yoluyla almaqdan başqa bir seçimi qalmır. Bu‚ Azərbaycanın tam qanunu və hüquqi şəkildə ata biləcəyi addımdır və beynəlxalq təşkilatlar da belə bir halın yaşanmasını istəmirlərsə mütləq şəkildə Ermənistana qarşı‚ işğal etdiyi Azərbqycan torpaqlarından çıxması üçün təzyiq etməlidirlar. Təbii ki‚ Dağlıq Qarabağ probleminin müharibə yoluyla həlli məsələsi dövlətimizin başçısının verəcəyi qərardır. Buna əlavə ikinci, ya üçüncü qüvvə mane ola bilməz. Elə bir çox qüvvələr də məhz bunu dərindən bildikləri üçün işğalçı ölkəyə ağır və böyükhəcmli silahlar verir. ATƏT- Minsk qrupunun digər həmsədr ölkələrindın olan Fransa da məsələnin həllində ermənipərəst mövqedədir. Bu halın özü də təəssüf hissi doğurur. Azərbaycan bütün dünya ölkələrilə hər zaman dostluq əlaqələrini gücləndirməyə çalışıb. Eləcə də Fransa ilə də ölkəmiz dostluq münasibətlərinin möhkəmlənməsində maraqlı olmasına baxmayaraq Dağlıq Qarabağ probleminin həllində ikili standartlardan hərəkət etməsinə və ermənipərəst mövqeyinə şahid oluruq".
M.Məmmədov onu da bildirib ki, uydurma erməni soyqırımın qəbul edilməsindın əlavə qondarma soyqırım iddasının müəlliflərindən birincisi məhz Fransadır:" Bundan əlavə olaraq da ermənilər Fransanı ikinci vətən adlandırır. Təbii ki‚ bu durumda həmsədr ölkələrindən olan Fransadan Azərbaycanın xeyrinə olacaq heç bir addım gözləmək olmaz. 2015-ci ilin aprelin 24-də Yerəvanda qondarma soyqırımın 100 illiyinin keçirilməsi mərasiminə dünya ölkələrinin prezidentlərindən yalnız ikisi iştirak edərək qondarma soyqırım abidəsini ziyarət etdilər. Həmin ölkələrdən biri məhz Fransa‚ digəri də Rusiya idi. ABŞ isə hər nə qədər güclü erməni lobbisi tərəfindən təhrik edilməyə çalışılsa da qondarma soyqırım məsələsinin tanınmasına qol qoymadığı kimi Dağlıq Qarabağ məsələsindən neytrallığını qoruyub saxlamağa üstünlük verir. ABŞ-ın neytrallığı da məsələnin həllinə müsbət heç nə vəd etmir. Ümumiyyətlə, Minsk qrupunun Dağlıq Qarabağ məsələsinin həllinə dair heç bir fəaliyyəti olmadığı kimi‚ 1992-ci ildən məsələyə vasitəçiliyi öz üzərinə götürən ATƏT-in və məsəlınin həllində vasitəçi olaraq birbaşa mandatı olan Minsk qurupunun indiyə qədər sülh danışıqlarında etdiyi təkliflərin Azərbaycan tərəfindən qəbul edilməsinə baxmayaraq işğalçı ölkə heç bir şəkildə qəbul etməyib və ATƏT-in Minsk qurupunun təkliflərini rədd edib. Məsələ burasındadır ki‚ Minsk qrupunun fəaliyyəti gözdən pərdə asmaq xarakterlidir. ATƏT-in bu məsələdə 25 ilə yaxındır heç bir qənaətbəxş fəaliyyəti olmayıb. Mütəmadi olaraq bölgəyə səfər edən Minsk qrupunun 3 daimi həmsədr ölkəsinin nümayəndələrinin Dağlıq Qarabağ məsələsinin həllinə dair heç bir yardımı və töhvəsi yoxdur. Faktiki olaraq Minsk qrupu acizlik nümayişlik etdirməkdədir. Hətta çalışılır ki‚ Azərbaycan sülh danışıqlarında işğalçı ölkəyə güzəştə getsin. BMT Təhlükəsizlik Şurasının məsələnin dərhal Azərbaycanın lehinə həll edilməsinə dair 4 qətnaməsi mövcuddur amma qətiyyən buna məhəl qoyulmur. Bunun adı ermənipərəstlik və ikili standartlardır.
Hər vəchlə və hər vasitəylə işğalçı ölkənin mövqeyini dəstəkləməyə çalışırlar. Əgər Minsk qurupunun 3 daimi üzvü və həmsədr ölkələrindən biri ən güclü silahını işğalçı və qəsbkar ölkəyə verirsə‚ digər ölkəni isə ermənilər ikinci vətən və "İkinci Ermənistan" adlandırırsa‚ digər o biri üzv olan ABŞ isə problemin həlli məsələsində neytrallıq nümayiş etdirirsə o zaman qurumdan müsbət heç bir addım gözləmək olmaz.
2012-ci ilin mayın 20-də Çikaqoda NATO-nun Sammitində Azərbaycanın ərazi bütövlüyü‚ suverenliyi dəstəklənərək Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər daxilində həllinin vacibliyi dair çağırış edilmişdir. Buna dair sənəd qəbul edilib. Lakin bu qədər güclü və qüdrətli təşkilatların çağırış və bəyanatlarına məhəl qoyulmamasına beynəlxalq aləm tərəfindən göz yumulması ermənipərəstlik və ikili standartların mövcudluğudur.
Ermənistan BMT Təhlükəsizlik Şurasında rəsmən işğalçı ölkə olaraq tanınıb. Qəbul olunan qətnamələrdə‚ "Ermənistan işğal etdiyi Azərbqycan torpaqlarını qeyd-şərtsiz azad etsin və evlərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtsın" deyə çağırış edilir. Bu adi bir bəyanat filan deyil‚ bütün dünyanın müqəddəratını həll edən beynəlxalq rəsmi hüquqi və siyasi təşkilatdır. BMT Təhlükəsizlik Şurasının qətnaməsi dərhal icra olunmalı olduğu halda bu günə qədər beynəlxalq aləm tərəfindən gözardı edilir. Halbuki qəbul edilən qətnamələr‚ hüququ rəsmi tezislər və işğalçılıq aktını pisləyən sənədlər və aktlaşdırılmalara işğalçı ölkəyə zor və güc yoluyla qəbul etdirilməli və icra edilməliydi".
Politoloq onu da vurğulayıb ki, Ermənistan mütamadi olaraq irihəcmli siıahlardan Azərbaycan ərazilərini cəbhə boyu atəşə tutaraq kəndlərimizə‚ təsərrüfata‚ mal-qoyun sürülərinə‚ insanlara və yaşayış evlərinə böyük zərər verməyə çalışır:" Mütamadi olaraq cəbhə xəttində işğalçı ölkə tərəfindən təxribat hücumları baş verir. ATƏT-in Minsk qurupunun fəaliyyətdə olan həmsədrləri cəbhə bölgəsinə intensiv olaraq səfərlər edərək Ermənistanın bütün bu cinayətlərinə şahid olmalarına baxmayaraq göz yumulur. 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün durumlarına hər zaman biganə yanaşılıb. Erməni təcavüzü və qəsbkarlığı nəticəsində Azərbaycana 500 milyard dollardan artıq ziyan dəyib. Eyni zamanda, Xocalını və bir çox ərazilərimizi yerlə yeksan edərək sakinlərilə birgə xəritədən siliblər. Təbii ki‚ Azərbaycan haqqlı mövqedədir və beynəlxalq aləm‚ dünya birliyi Azərbaycanın haqqlı mövqeyinə‚ geosiyasi maraqlarına‚ ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa borcludur. Bu da o deməkdir ki‚ özlərinin qəbul etdiyi qanunları özləri pozmuş sayılır. İşğalçı və qəsbkar ölkənin hərbi təcavüzünə və həyata keçirtdiyi hərbi terror aktlarına göz yumulması bunu açıqça deməyə əsas verir. Xocalının yerlə yeksan edilərək məhv edilməsinə rəhbərlik etmiş hərbi canilərdən biri olan Serj Sərkisyan müsahibələrinin birində bildirir ki‚ "Xocalıya qədər azərbaycanlılar elə bilirdi ki‚ ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin Xocalıda buna şahid oldular". Bu sitat Tomas De Vaalın "Qara Bağ" kitabında xüsusi yer almaqdadır.
Xocalının əsas qatillərindən biri olan Robert Koçəryan isə Avropa Şurası Parlament Assambleyasında daha bir dəhşət doğuran ifadə işlədir: "Mən Dağlıq Qarabağda döyüşmüşəm və bununla fəxr edirəm".
Hər iki şəxsin işlətdiyi bu faciə saçan ifadələr Ermənistanın bütün qanlı cinayətlərinə şahidlik edir. Hərbi cinayətlərini elə özləri etiraf etməkdədir. Sanki hərb meydanında çıxış edirmiş kimi beynəlxalq tribunalarda bu kimi ağır və etirafedici çıxışlar etmək müəyyən arxayınçılıqdan‚ heç nədən qorxmamaqdan xəbər verir və heç bir beynəlxalq hüquq qanunlarını saymadıqlarını və ayaqladıqlarını göstərir və bunu öz bəyanatlarında açıq şəkildə etiraf etmişlər".
Politoloq deyib ki, içğalçı ölkənin rəhbərlərinin beynəlxalq aləm qarşısında Azərbaycana qarşı hərbi təcavüz və soyqırım aktlarından danışmalarına hüquqi qiymət verilməməsi açıq şəkildə beynəlxalq birliyin‚ siyasi və hüquqi təşkilatların və eləcə də dünyanın taleyinin həllinə məsul olmuş dünyanın ən aparıcı ölkələrinin məsələyə və münaqişəyə ermənipərəst mövqedən yanaşmalarının açıq göstəricisidir. Beynəlxalq hüquq qarşısında cavab verməli olan və məsuliyyətə cəlb olunmalı olan hərbi cinayətkarlar bu gün Ermənistana rəhbərlik edir və dünya birliyi tərəfindən hörmətlə qarşılanır.
Cavid